20 Şub 2012
"Biznes" nədir?
İngilis dilindən gələn bu sözün həmin dildə qarşılığı "Business"-dir.
Lüğətdəki mənası; faaliyyət, iş, alqı-satqı, ticarət, ticaretxana, firma, işyeri, mövzu, məsələ kimi mənaları daşımaqdadır. Etimoloji təhlilində biznesin "busy" sözü ilə əlaqəlidir bu da "məşğul olmaq" mənasına gəlir.
Biznes (müəssisə və ya firma kimi tanınan) malların (əmtəələrin), xidmətlərin ticarətlərində və istehlakçılara təqdim olunmasında iştirak edən təşkilatdır. Bizneslər daha çox kapitalist (liberal) iqtisadiyyatlarda üstünlük təşkil edir. Biznese sahib olan şəxsə ingilis dilindən gələn "businessman" yəni biznesmen deyirlər. Biznesmenlər var-dövlətini artırmaq, gəlir qazanmaq və zənginliyini artırmaq üçün bizneslərini qururlar.
Ola bilsin ki, bəzi bizneslər qeyri-kommersaldır və ya dövlətə məxsusdur. Bunları birləşdirən əsas hər hansı bir sahədə xidmət göstərmələridir, ya mal alqı-satqısında, ya da xidmət satışında. Biznes ilə daha ətraflı növləri, cürləri, faaliyyət sahələri, təşkil olunması idarə olunması və s. kimi mövzular yayınlanacaqdır.
Kaydol:
Kayıt Yorumları (Atom)


Hiç yorum yok:
Yorum Gönder